Müdafiə nazirinin yeni müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, müdafiə nazirinə müavin - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

Sabahinfo.az xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.

Bakıvaxtı.az qeyd edir ki, Müşfiq Məmmədov Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesi olub.

O, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Müşfiq Məmmədova Prezident İlham Əliyevin sərəncamı ilə 7 noyabr 2023-cü ildə “general-mayor” ali hərbi rütbəsi verilib.