Milli Məclisin deputat Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşlarla görüşüb - FOTOLAR

Milli Məclisin deputatı Novruzəli Aslanov  2025-ci il 18 dekabr tarixində növbəti dəfə vətəndaşları qəbul edib.

Sabahinfo.az xəbər verir ki, seçicilərlə bu dəfəki görüş millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qəbula gələn 30 nəfərə yaxın İsmayıllı sakinləri arasında şəhid ailəsinin üzvləri və qazilər də olublar. Səmimi şəraitdə keçən görüş zamanı Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib. Tədbirin gedişində Novruzəli Aslanov İsmayıllı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovu 65 illik yubileyi münasibəti ilə təbrik edib. 

Sonda  İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.