Naxçıvan Muxtar Respublikasının Gənclər Fondundan aksiya

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, ekologiya könüllülərinin və ərazidə balıq tutan insanların iştirakı ilə Uzunoba gölü ətrafında təmizlik aksiyası keçirilib.

Baş tutan təmizlik aksiyasından əvvəl çıxış edən Nazirliyin əməkdaşı Saleh Nəsirov və Fondun əməkdaşı Fatimə Yusifli bildiriblər ki, mütəmadi olaraq təşkil olunan belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, su hövzələrinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və digər insanlara nümunə olaraq onları da ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan könüllülər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar. Toplanan tullantılar təmizlik maşınına təhvil verilib və əraziyə yeni təmizlik qutusu yerləşdirilib.