Neymar rəsmən "Əl-Hilal"da

“Paris Sen-Jermen”in (PSJ) braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə “L'Equipe” portalı məlumat yayıb.

Sövdələşmənin məbləği 80 milyon avro olaraq qiymətləndirilir, bir sıra bonuslar nəzərə alınmaqla, bu məbləğ 100 milyon avroya çata bilər.

Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. O, parislilərin heyətində 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə verib.