Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya paytaxtı Praqadan MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

Sabahinfo.az erməni mətbuatına istinadən xəbər verir ki, o, Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.

Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.