Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Zekainfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.