PSJ Mbappenin Olimpiya Oyunlarında iştirakına zəmanət verir

PSJ komandasının hücumçusu Kilian Mbappeyə Olimpiya Oyunlarında və Avro 2024-də iştirak etmək üçün şərait yardacağına zəmanət verib. Bu, hücumçu üçün gələcəyini təyin etməkdən ötrü həlledici amil ola bilər.

Məlumata görə, Mbappeyə bu cür zəmanətlər yalnız PSJ-dən gəlib. Xatırladaq ki, əvvəllər Kilianın “Real Madrid”lə heç bir formada (istər yazılı, istər şifahi) razılığa gəlmədiyi bildirilirdi. Üstəlik, Kilian 15 gündən artıqdır ki, “Kral klubu”nun nümayəndələri ilə kontaktda olmayıb.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də oynayır. Onun parislilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatır.