Qalibiyyətlər tariximizin davamına səs verək!

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Qovlar şəhərində və İbrahimhacılı, Abulbəyli, Bozalqanlı kəndlərində seçicilərlə görüş keçirilib.

 

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev, təşviqat qrupunun üzvüləri İlqar Kərimov, Mücaməddin Axundov, Qasım Hüseynov, Mayıl Hümmətov, Zakir Hüseynov və Rauf Rüstəmov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək xalqa layiqli siyasi davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyev ötən 20 ildə verdiyi bütün vədləri yerinə yetirməyə nail olub, işğal faktına son qoymaqla, adını Azərbaycanın çağdaş tarixinə Müzəffər Ali Baş Komandan kimi həkk edib. Azərbaycan ötən 20 il ərzində özünün ən qüdrətli, ən qürurlu məqamına yüksələrək Zəfər ölkəsinə çevrilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Qalib xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək dövlətimizin parlaq gələcəyinə, yeni zəfərlərə səs verəcəklərini bildiriblər.