Qarabağda "İskəndər"in istifadəsi ilə bağlı məlumatımız yoxdur - Peskov

Qarabağda qalıqları aşkar edilmiş "İskəndər" raketi barədə hər hansı məlumatımız yoxdur.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov raketin istifadəsi barədə prezidentə məruzə olunub-olunmaması barədə sualı cavablandırarkən deyib.

O, V.Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin müzakirə olunacağını bildirib:

"Rusiya prezidenti Ermənistan baş naziri ilə görüşü zamanı inteqrasiya məsələlərini, eləcə də Qarabağla bağlı üçtətərəfli bəyanatların icrasını müzakirə edə bilər. Raketlə bağlı heç nə deyə bilmərəm, bu barədə məlumatım yoxdur".