"Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan qarşıdakı illərdə dünyanın diqqətində olacaq"

“Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində tariximizə qızıl hərflərlə yazılan Zəfər Günümüzün birinci ildönümünü böyük sevinc, qürur hissi ilə qeyd edirik. 30 ilə yaxın dövrün torpaq həsrətinə 44 gündə son qoyulması bir daha gücümüzü, qüdrətimizi nümayiş etdirməklə yanaşı, bir an da olsun belə torpaqlarımızın işğal altında olmasını unutmadığımızı, onlara qovuşmaq həsrətimizi nümayiş etdirdi. Cünki bu illər ərzində əsas amalımız ərazi bütövlüyümüzün bərpası idi.  Azərbaycan  bütün sahələrdə gücləndi,  bir ildir tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin  ədalətli həlli üçün möhkəm hüquqi bazanın formalaşdırılmasına nail oldu, ən yüksək tribunalardan “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Əsrlərlə danışılacaq  44 günün reallıqlarını təhlil etdikdə  Zəfərimizin  əsas formulu kimi ölkə  Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsini, proseslərə  sistemli yanaşmasını, Qələbəmizə qədər  son 17 ildə yürütdüyü daxili və xarici siyasəti, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyasını, erməni işğalı ilə barışmayan xalqımızın və  gənc nəslin torpaqlarımızı azad etmək əzmini, Prezident-Xalq-Ordu birliyinin vahid dəmir yumruqda birləşdiyini görürük.”

 Bu fikirləri “İki sahil”ə Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

 C.Paşazadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev  bütün fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafı fonunda torpaqlarımızın  işğaldan azad olunmasına yönəltdi: “Ölkəmizin iqtisadi qüdrəti daha da möhkəmləndi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  möhkəm təməlin formalaşması və  cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi uğurlarımızın zirvəsində dayanan Zəfərimizə yol açdı. Müstəqillliyimizin, suverenliyimizin qarantı olan ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.  Dövlət başçısı ən yüksək tribunalardan  bəyan etdirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə  hərb yolu istisna edilmir. Təbii ki, bu, ordumuzun  torpaqlarımızı işğaldan azad etmək gücünə, qüdrətinə malik olmasından irəli gəlirdi.  2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin döyüş ruhunun, gücünün tqdimatı oldu.  Ölkə  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmə çatdırılması istiamətində mühüm addımlar atdı.   2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində, həm də informasiya məkanında əldə olunan Qələbələr 17 ilin real mənzərəsinin təqdimatı oldu. Ali Baş Komandanın Vətən müharibəsi dövründə  xarici mətbuata çoxsaylı müsahibələrinin hər biri Azərbaycan həqiqətlərinin təbliği, Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq və milli qürur dərsi idi.”

Millət vəkili qeyd edib ki, artıq bir ildir Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.  Ölkəmizin həyatında yeni dövr başlayıb: “Dövlət başçısı İlham Əliyevin qalib Prezident kimi işğaldan azad edilmiş torpaqlarımıza səfərləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır, bu sevinci xalqımıza yaşatdıqları üçün Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə edirlər. Tarix yazan qəhrəmanlarımızın- şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilətimizə şəfa diləyirik.  İllər əsrlərə, əsrlər minilliklərə çevrilsə də, qanları ilə dastan yazan şəhidlərimiz heç zaman unudulmayacaq,  xatirələri  daim  ürəklərdə yaşayacaq!”

Cavanşir Paşazadə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!” fikirlərinin davamı olaraq  Müzəffər Ali Baş Komandan İlham Əliyevin   “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” fikirlərini önə çəkərək bildirib ki, ata vəsiyyətini yerinə yetirən  ölkə Prezidentimizin rəhbərliyi ilə  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan qarşıdakı illərdə daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq. Zəfər Günün mübarək, Azərbaycan!