QHT Forum keçirib

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” layihəsi çərçivəsində 25 oktyabr 2022-ci tarixdə Zərdab rayon Gənclər Mərkəzində “Gənc qızların peşə-sahibkarlıq Forumu” keçirib. Forumda 50 gənc məktəbli qız iştirak edib.
Forumun panel görüşündə Milli Məclisin deputatı Jalə xanım Əliyeva, Zərdab rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə xanım Veyisova və Yexlav KOBİM-in direktoru Lalə xanım Məmmədova iştirak edib və layihə rəhbəri Vəfa Xəlillinin moderatorluğu ilə məhsuldar müzakirələr aparılıb. Forum gənclərlə işləyən qurumların infosessiyası ilə davam etdirilib. Gənclər müzkirələrə çay süfrəsində davam ediblər.
Təşkilatın sədri Vəfa Xəlilli “Gəncliyə Dəstək” İctimai Birliyi ilə əməkdaşlığına görə Jalə xanım Əliyevaya, Xəyalə xanım Veyisovaya və Lalə xanım Məmmədovaya xatirə hədiyyələri təqdim etdi.
Qeyd edək ki, layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə kömək etmək, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək etmək, fərdi əmək və sahibkarlıq fəaliyyətlərinə istiqamətləndirməkdən ibarətdir.
Layihə 2 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçirilib. Layihə çərçivəsində layihənin təqdimatı, Zərdab rayonunun 6 məktəbində və Ucar rayonunda Maarifləndirmə görüşləri keçirilib.