Qorxmaz Hüseynovun vəzifədən getməsinin səbəbləri bəlli oldu

"Azərsu" ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum olub. SABAHİNFO.AZ xəbər verir ki, ASC sədri qohumlarını ASC-də yüksək vəzifələrə təyin etməsinə baxmayaraq işinin öhdəsindən layiqincə gəlməməyə görə vəzifəsi ilə vidalaşmalı olub. Belə ki, 2021-ci il Fevral ayının birindən etibarən ölkə rəazisində suyun qiyməti 2 dəfə artmasına baxmayaraq su pulunun yığımında artım müşahidə olunmayıb. Məlumatlara görə, artımdan öncə də ayda 25 milyon manat vəsait toplayan "Azərsu" ASC qiymət artımından sonra da 25 milyon manatlıq yığımla eyni göstəricini sərgiləyib. 

Onu da diqqətinizə çatdıraq ki, SABAHİNFO.AZ saytına daxil olan digər məlumatlara görə, hazırda "Azərsu" ASC-də vergi yoxlamaları həyata keçirilir. Qorxmaz Hüseynovun taleyi bu yoxlamaların sonucundan sonra bəlli olacaq. 

Onu da bildirək ki, Qorxmaz Hüseynov media gündəminə dəbdəbəli villası ilə damğasını vurmuşdu. Keçmiş sədrin hətta ən yüksək ranqlı məmurların malik ola bilmədiyi 5 hektarlıq torpaq sahəsində tikdirdiyi dəbdəbəli villa vətəndaşların etirazına səbəb olmuşdu. 

P.S qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.