AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.

Sabahinfo.az  xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq.

"AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib.