Polis təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirdi - VİDEO

Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər. 

Sabahinfo.az xəbər verir ki, profilaktik tədbirlərlə yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyada müəyyən olunub və onunla maarifləndirici söhbətlər aparılıb. 

Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur.