Rəsulzadənin Novxanıdakı heykəli ziyarət edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və fəal oxucuları “Yubileylər silsiləsi” layihəsi çərçivəsində ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu Bakı şəhərinin Novxanı qəsəbəsindəki onun xatirəsinə uçaldılmış heykəli ziyarət etdilər. Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin bütün mərhələlərindəki fəaliyyətindən danışdı, onun zəngin yaradıcılığını bilməsini tövsiyə etdi və çıxışını M.Ə.Rəsulzadənin sözləri ilə bitirdi:                                                         

“Bir kərə yüksələn bayrağ bir daha enməz”,                          Şübhəsiz ki, həqiqət bir gün parlayacaq”,                           “Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”                                                        

Görkəmli ictimai-siyasi xadimin heykəlinin önünə güllər qoyuldu. 

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında və kitabxana filiallarında M.Ə.Rəsulzadəyə həsr olunmuş kitab sərgiləri təşkil olunub.