Siyasi partiya sədrləri Ağalı kəndi ilə tanış olub - YENİLƏNİB-2

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun Zəngilan rayonuna səfəri başa çatıb.

“Report”un xəbərinə görə, onlar əvvəlcə Həkəri çayına balıq buraxılma mərasimində iştirak ediblər.

Partiya sədrləri prosesə qoşularaq çaya balıq buraxıblar. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev səfər iştirakçılarına Həkəri çayı və bu ərazilərin flora və faunası haqqında məlumat verib. Buraxılan balıq növləri barədə səfər iştirakçılarını məlumatlandırıb. O, Həkəri çayına 3 min balığın buraxıldığıni bildirib.

Sonra iştirakçılar “Böyük qayıdış”ın rəmzi olan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsi ilə tanış olublar. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev burada yaradılan şərait, o cümlədən “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verib.

Daha sonra partiya sədrləri Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət ediblər. Bununla da ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun Zəngilan rayonuna səfəri başa çatıb.

14:15
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Zəngilan rayonunda səfərdədir.

“Report”un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Həmçinin iştirakçılara “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat veriləcək.

Daha sonra partiya sədrləri Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət edəcəklər.

09:35
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

"Report"un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat veriləcək.

Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşəcəklər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, bu, iqtidar və müxalifət nümayəndələrinin azad edilmiş ərazilərə sayca dördüncü səfəridir.