Sumqayıtda evdə qadın meyiti tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

Sabahinfo.az xəbər verir ki, hadisə şəhərin 14-cü məhəlləsində baş verib. Belə ki, evdə tək yaşayan şəhər sakini 70 yaşlı Səliqə Zahid qızı Cəbrayılova naməlum səbəbdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.