Sumqayıtda küçədə qumbara tapıldı

Sumqayıtda küçədən qumbara aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Sabahinfo.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Hətəmovdan “F-1” qumbarası aşkar edilərək götürülüb.