Taleyimizin həyacanlı mərhələsi - kimin ardınca getməliyik

Hər bir insan toplusunun, ailənin, millətin, xalqın başında duran səxsiyyət, həmin toplumun simasının aynasıdır. Ailəyə, millətə, xalqa və ya dövlətə məhz ona rəhbərlik edən şəxsiyyətə gorə qiymət verirlər. 

Müstəqilliyimizin 33 illik tarixi təcrubəsi göstərdi ki, dövlətə rəhbərlik edən səxsiyyətin qüdrəti, bacarığı, cəsarəti və siyasi müdrikliyi o milləti düşdüyü ən ağır və çətin problemlərdən xilas edə bilər, bu keyfiyyətləri olmayan rəhbər isə əksinə həmin milləti uçuruma, bəlaya aparib, məhv edə bilər. Gostərdiyim hər iki vəziyyətlə  rastlaşdığımız müstəqillik dövrümüzdə biz hamımız bunun əyani şahidi olduq.

Müstəqillik qazandığımız 1991-ci ildən bu günədək dovlətimizin və xalqımızın ən ağır, ən çətin və kritik dovrundə ona muxtəlif idarəçilik səriştəsinə malik olan, bir- birindən  elminə, savadına, əqidəsinə, həyat və idarəçilik təcrübəsinə görə fərqlənən bir neçə dovlət başçıları rəhbərlik etmələrinə baxmayaraq, yalniz Ulu Ondərimiz Heydər Əliyev öz misilsiz qüdrətini, dahiliyini, mudrikliyini, cəsarətini nümayiş etdirə bildi və xalqımızı sözün əsl mənasinda düşdüyü ən aqir siyasi və iqtisadi kataklizmalardan xilas edə bildi. Güman edirəm ki, gənc nəsil də daxil olmaqla bütün Azərbaycan xalqı bu tariximizi çox gözəl xatırlayır və heç bir vaxt unutmayacaqdır. 

Məhz naşı rəhbərlərimizin  idarəçiliyi dövründə qazandığımız  Qarabağ problemi də, naşı idarəçiliyin acı göz dağı idi. 1-ci Qarabağ muharibəsində 20 mindən çox şəhid verən, 10 minlərlə qazisi, milyondan çox qaçqını və məcburi köçkünü olan  xalqımızın qarşısında duran ən böyük və vacib vəzifələrdən biri və başlıcası,  erməni  işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı işğaldan azad etmək, qaçqın və köçkünlərimizi öz yurdlarına geri qaytarmaq idi. Bütün əhali kütləsi, o cümlədən ziyalı təbəqənin xeyli hissəsi hesab edirdi ki, artıq qarabağı geri qaytarmaq qeyri mümkündür. Hətta bir cox səxslər tərəfindən  qarabağın ermənilərə satılması barədə fikirlər də səslənirdi. Böyük dövlətlərin əksəriyyəti bu problemin müharibə yolu ilə həllini qeyri mümkün hesab edir və bağlanan dövlətlərarası müqavilələrdə bunu yazılı surətdə göstərirdilər. Əlbəttə ki, belə mühitdə Qarabağın müharibə yolu ilə azad olunmasını düşünmək və bu yola əl atmaq çox riskli idi. Bunun üçün dəqiq hesablamalar aparıb qələbəyə tam əmin olmaq və müharıbə addımını atmağa cəsarət etmək lazım idi.

Bir anlığa təsəvvür edək  ki, əgər  müharibə uğurla nəticələnməsəydi, şəhidlərin valideynləri və qohum-əqrəbaları, təbii olaraq ciddi narazılıq edəcəkdilər ki, bu  qədər şəhid vermişik bəs nə üçün torpaqlarımız geri qaytarılmadı, dövlətimiz ciddi dağıntılara və iqtisadi böhrana düşə bilərdi, beynəlxalq aləmdə dövlətimizin nüfuzu itirilə bilərdi, ən başlıcası isə tarixən igid, mərd, cəsarətli qorxmaz və döyüşkən xalq  kimi tanınan  millətimizin mənliyi, qeyrəti, mərdliyi və kişiliyi böyük təhlükə qarşısında qalardı. 

Bütün bu təhlükələrə  baxmayaraq torpaqlarımızın azad edilməsi istiqamətində Prezidentin müharibə yolunu seçməsi, son dərəcə müdrik, cəsarətli, ULU ÖNDƏRİMİZİN və XAIQIMIZIN adına layiq bir tarixi addım oldu. Bu addımı atmağın zamanını və şəraitini gözəl bilən möhtərəm Prezidentin müdrikliyi bütün dünya diplomatiyasını mat qoydu və bütün böyük dövlətlər möhtərəm Prezidentin polad məntiqi qarşısında baş əyməli, onun bu taktiki gedişinə haqq qazandırmalı oldular. 

Qarabağ problemi davam edərkən demək olar ki, bütün Azərbaycan xalqı deyirdik ki, kimliyindən asılı olmayaraq Qarabağ problemini həll edən lstənilən Prezident bizim əbədi Prezidentimiz olacaq, onun qızıldan  heykəlini qoyacağıq, tariximizə əbədi həkk olunacaqdır və s. 
Hətta şer yazmaq təcrübəm olmasa da sevincimdən möhtərəm Prezidentə belə bir şer də həsr etdim.  

Əmr Sizindir dəməsəz vurammazdıq,
Qarabağda müstəqillik qurammazdıq,
Mənfur düşmənin bağrını yarammazdıq,
Vur deyən dilinə qurban kəsəlim,
Yetişdi kamına nakam vətənim.

30 ildir Ana vətən inildəyir, dağ-dərəsi nalə çəkir,
Ata-ana, qız-gəlini yadellilər qeybə çəkir,
Torpaq yanır, parçalanıb od püskürür, qiyyə çəkir,
Qaldırdın bayrağı ərşi-fələyə,
Saldın kor düşməni dərin tələyə.

Qarabağım neçə ildir qan ağlayır, inləyir,
Namərd düşmənlərin xəyanətindən, 
Bağrı parçalanmış, ürəyi yanmış, 
Bircə daşı, çölü, qayası qalmış, 
Qalan nəyi varsa hamısı yanmış.

Namərdələr kəsmişdi bəndi, bərəni,
Perikləyib gen salmışdı hərəni,
Xain xislətilə, murdar əlilə,
İgid evladların cəsədlərilə,
Doldurmuşdu çölü, düzü, dərəni.

İgid əsgər nərə çəkib yalvarırdı vur deyəsən, 
Onlara vur, xain düşmən əsgərinə dur deyəsən, 
Bu sözləri sakit deyil, incə deyil, gur deyəsən, 
Bu sözünə dünya baxıb lərzə gəlsin,
Ana vətən rahat olub, ox ay deyib vəcdə gəlsin.

Dünya oldu bir tərəfə, çəkil dedin kimsə bizi susdurammaz,
Ox yayından sıçramışdır, onu heç kim durdurammaz,
Qarabağdır Azərbaycan yüz illərdir belə olub,
Mərd igidlər nərə çəkib torpağını quclayanda,
Heç bir qüvvə qarşımızda inad edib çıldıramaz.

Otuz ildir car çəkirdik dayandırın düşmənləri, 
Millət qalxsa fəlakətdir heç bir quvvə durdurammaz igidləri,
Darda olan torpaq deyil, vətənimdir dərk eləyin bu məntiqi, 
Vətən darda olan yerdə ölüm tamam ucuzlaşır,
Bütün dünya mərd igidlər qarşısında cılızlaşır.

Min illərə zinət olan əbədi bir tarix yazdın,
Səlnamədən tarixə bir ləkə olan eyibləri həmən pozdun,
Zəngəzurdan Şuşayadək torpaqlara sığal çəkib haray saldın,
Ana vətən çökə bilməz mərd igidlər olan yerdə,
Qan uddurar düşmənlərə vətən dərdi olan yerdə.

Alqış-alqış vur sözünə, min-min alqış sonsuz alqış,
Bu alqışı tək mən deyil, ata, ana, bacıların sözü deyir,
Namus qeyrət və şərəfə boyun əyən bu dünyanın özü deyir,
Vur sözünlə tarix yazdın izi heç vaxt silinəmməz,
Bu tarixin əbədidir sonu heç vaxt bilinəmməz.

Ən sevindirici və olduqca böyük tarixi əhəmiyyət kəsb edən amil odur ki, bu müharibə nəticəsində nəinki işğal olunmuş torpaqlarımız geri qaytarıldı, bundan da vacib olan, yəni gələcəkdə bu qəbildən olan münaqişələrə birdəfəlik son qoyan, Qarabağın statusu məsələsinə tamamilə xitam verildi, eləcə də, sovet hakimiyyəti dövründə də işğal olunmuş tarixi torpaqlarımızın xeyli hissəsi geri qaytarıldı və Azərbaycan xalqı qəti qələbəsini çaldı. 

Əlbətdə ki, ictimai-siyasi həyatımızın digər sahələrində iqtisadi, siyasi, mədəni, intellektual və digər sahələrdə olan inkişafımızıda inkar etmək olmaz. Bu gün Qarabağda gedən quruculuq işləri, ümumilikdə ölkəmizdə aparılan qlobal tikinti quraşdırma, abadlıq işləri, müntəzəm olaraq pensiya və əmək haqlarının artırılması, güzəştlərin genişlənməsi, ildən ilə bunların daim yüksəldilməsi inkişafımızın bariz nümunəsidir.   

Tarixi  qələbəmizdən qısa müddət keçsə də, fevralın 7-də keçiriləcək olan Prezident seçkiləri məni, bu tarixi hadisələri yada salaraq hazırki məqaləni yazmağa sövq etdirdi. Artıq seçki tarixi bizim kimin ardınca gedəcəyimizi müəyyənləşdirən tarixdir. Hamı əmindir ki, Qarabağ qələbəsi günü  Azərbaycan xalqı birdəfəlik olaraq müəyyənləşdirmişdir ki, kimin arxasınca gedəcəkdir. 

Yuxarıda göstərmişdim ki, hər bir millətin, xalqın başçısı həmin millətin parlaq simasıdır. Bu gün biz fəxr edirik ki, İlham Əliyev kimi cəsarətli, qorxmaz, cəsur, dünya siyasi liderləri və dövlət xadimləri arasında müstəsna nüfuza malik olan, bir çox dillərdə sərbəst danışa bilən, müdrik, savadlı və nəhayət tarixi qələbəmizin müəllifi və daşıyıcısı olan bir başçımız Prezidentimiz var. Təbiidir ki, tarix boyu verdiyi sözə əməl edən, öz igidlərini qiymətləndirmək bacarığına malik olan  xalqımız, fevralın 7-də bir nəfər kimi  yekdilliklə İlham Əliyevə səs verəcək və güman edirəm ki, indiyədək tarixdə heç bir prezidentin toplaya bilmədiyi fenomenal çoxluqda səs toplamağa nail olacaqdır. Bu yolda bütün Azərbaycan xalqına böyük uğurlar arzulayıram. Dünya bizə baxır!!!


Hüquq üzrə fəlsəfə doktoru
Ramiz Cəfərov