Türkiyəli sənətçinin 25 qohumu zəlzələdə həlak olub

“Kahtalı Miçe” kimi tanınan usta sənətkar Mustafa Aslan Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərdə 25 yaxınını itirib.

Sabahinfo.az xəbər verir ki,  bu barədə "2-ci Səhifə" proqramı instaqram hesabında məlumat paylaşıb.

Bildirilir ki,  70 yaşlı Mustafa Aslanın məmləkəti Adıyamanda yaşayan qohumları zəlzələnin qurbanı olub. Usta yaşadığı itkilərlə bağlı hələlik açıqlama verməyib.