Ulu Öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür

Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən geniş miqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi - ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir.

1990-cı illərin əvvəllərində dərin böhrana sürüklənmiş, parçalanma və müstəqilliyin itirilməsinin astanasında olan, iqtisadi-siyasi və mənəvi çöküş mərhələsi keçirən Azərbaycan Respublikasını üzləşdiyi fəlakətdən xilas edib, sabitlik və inkişaf yoluna yönəldən, öncə qonşu ölkələr, ardından dünyanın aparıcı gücləri ilə milli maraqlar zəminində münasibətlər quran Heydər Əliyevin xilaskarlıq missiyası, xalqı birləşdirib Öz ardınca apara bilmək qabiliyyəti bir sıra ölkələr üçün əsl ustad dərsləri oldu. Çox keçmədən Azərbaycan rəhbərliyinin və onun Naxçıvandakı funksionerlərinin təzyiqinə baxmayaraq fərdi təqaüdçü, heç bir vəzifə və imtiyaza malik olmayan Heydər Əliyevi Naxçıvan seçiciləri həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də Naxçıvan Muxtar SSR Ali Sovetinə deputat seçərək böyük xilaskarlıq missiyası üçün Ona yol açdılar.

Ermənistanın Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına silahlı təcavüzü  şəraitində, eyni zamanda Azərbaycanın mərkəzi hökumətinin Naxçıvana və naxçıvanlılara qarşı əsassız təzyiqlər göstərdiyi bir vaxtda - 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi deputatlarının hamısının yekdilliklə səs verməsi və Muxtar Respublika əhalisinin dəfələrlə təkidli tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublika Ali Məclisinə Sədr vəzifəsinə seçilməyə razılıq verdi. 

Ali Məclisin Sədri kimi, Azərbaycanda müstəqil dövlət quruculuğunun  ilk və əsas tədbirlərini həyata keçirən, Naxçıvanın erməni işğlından xilası, sosial-iqtisadi vəziyyətin düçar olduğu ağır böhran durumundan qurtarılması üçün fədakarlıqla səy göstərən, bütün çətinliklərə əzmlə dözüb vəziyyətdən çıxış yolları tapan Heydər Əliyev ilk növbədə Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına önəmli əhəmiyyət verirdi. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri,  dövlət və hökumət başçıları ilə görüşləri və müzakirələri nəticəsində Azərbaycan hökuməti tərəfindən gözümçıxdıya salınan Naxçıvana yollar açmaq, əhalini aclıq və soyuqdan qorumaq mümkün oldu. Məhz Heydər Əliyevin dünya şöhrətli dövlət xadimi və nüfuzlu şəxsiyyət olması bu yardımların göstərilməsini mümkün etdi. 

Naxçıvan MR Ali Məclisinin Sədri seçiləndən sonra qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrə çox böyük əhəmiyyət verən Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanı, bununla da Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində “Ümid” körpüsünün tikintisinə başlandı. Təməli 1991-ci il oktyabrın 29-da  – Türkiyə Cümhuriyyətinin quruluş günündə atılan bu körpü 1992-ci ilin mayın 28-də Azərbaycan Respublikasının Milli bayramı gününüdə artıq “Vüsal” körpüsü kimi  Heydər Əliyevin və Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açıldı. Bu açılış Azərbaycan – Türkiyə münasibətlərində yeni bir mərhələnin də təməlinin qoyulması idi.Ulu Öndər Heydər Əliyev tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş, özündə ən ali keyfiyyətləri birləşdirən bir şəxsiyyətdir. Ulu Öndər özünün natiqlik məharəti, siyasi iradəsi, güclü dövlətçilik, çevik idarəetmə bacarığı ilə xalqının qəlbinə yol tapmağı bacarmışdır.

Heydər Əliyev dövlət idarə edərkən həmişə xalqına arxalanan bir rəhbər idi.Onun ürəyi həmişə xalqı ilə birgə döyünürdü.Dahi şəxsiyyət xalqdan güc alırdı.Onun Azərbaycana rəhbərliyi dövründə Azərbaycanın dünya dövlətləri arasınadakı nüfuzu,siyasi və iqtisadi yüksəlişi bunu deməyə əsas verir.
Şərqi Avropanın böyük dövlətlərindən olan Ukrayna ilə Azərbaycan arasında sıx və strateji səviyyəyə yüksələn əlaqələr mövcuddur. Ümumiyyətlə, bu iki dövlət və onların xalqları arasında əlaqələrin zəngin tarixi var. Hələ XX əsrin əvvəllərində, 1918-ci ildə müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq  Cümhuriyyətinin Ukraynanın paytaxtı Kiyevdə nümayəndəliyi açılıb. 1919-cu ildə isə Ukrayna Respublikasının Bakıda diplomatik missiyası fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində isə bu iki respublika arasında möhkəm iqtisadi və mədəni əlaqələr mövcud idi. İkinci Dünya müharibəsi illərində Ukraynanın azadlığı uğrunda cəsarətlə vuruşan azərbaycanlılardan 20 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Azərbaycanla Ukrayna dövlət müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəvidə formalaşıb. Diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsindən sonra ikitərəfli əlaqələr inkişaf etməyə başlayıb. Ölkələrimiz arasındakı xoş münasibətləri bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və Ukrayna prezidentlərinin son illərdəki qarşılıqlı səfərlərinin təkcə statistikasına nəzər yetirdikdə aydın görünür ki, bu münasibətlər ən isti və daim inkişafda olan xoş niyyətlərə əsaslanır. Bu gün biz böyük fəxrlə Azərbaycanla qardaş Ukrayna arasında hərtərəfli əməkdaşlığın çox yüksək səviyyədə olduğunu deyə bilərik. 

Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır. Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Heydər Əliyevin çoxsahəli ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət və digər sahələrdə yorulmaz fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakıən böyük xidmətlərindən biri bilavasitə onun rəhbərliyi ilə işlənib hazırlanan və həyata keçirilən sosial dövlət modeli olmuşdur. Heydər Əlyev hakimiyyətə gələnədək ölkədə heç bir iqtisadi qanunlarla tənzimlənməyən sosial siyasət həyata keçirilirdi.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri