Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycanı beynəlxalq aləmdə tanıdan Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin tərəqqisi, inkişafı yolunda tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.

Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyev öz zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır.

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil etməklə barəbər, eyni zamanda , Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur

Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 

Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövlətçilik tariximizə işıq salan hadisələrlə zəngindir. Belə ki, məhz bundan sonra sovet ordusu Naxçıvandan çıxarıldı. Məhz Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində düşmənin Naxçıvanla bağlı işğalçılıq niyyətlərini həyata keçirməsinə imkan vermədi. Eyni zamanda Heydər Əliyevin Türkiyə və İranla yaratdığı əlaqələri muxtar respublikada blokada şəraitinin yaratdığı çətinliklərin qarşısını aldı.

Dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Ulu Öndər  Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir. Beləliklə, Ulu Öndərin Naxçıvandan başlatdığı missiya tezliklə bütün respublikamızın xilasına xidmət etməyə başladı.  Azərbaycanın dövlət müstəqilliyini qorudu və əbədi etdi.

Bu gün böyük qürur və fəxarət hissi ilə deyə bilərəm ki,  Ulu öndərimizin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir, yeni-yeni nailiyyətlərə imza atır.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri