Xızıda DƏHŞƏT: Kişi arvadının başına vura-vura öldürdü -YENİLƏNİB

İyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 5 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xızı Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib. 

İstintaq davam edir.

11:16

Xızı rayonunda qətl törədilib.

“Kriminalqafqaz”ın məlumatına görə, bir neçə gün əvvəl rayonun Yeni Yaşma qəsəbəsində 1963-cü il təvəllüdlü Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya baş nahiyəsindən küt alətlə dəfələrlə ağır zərbələr endirib.

Qadın Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və B.Mustafayeva ötən gün vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, arvadını qətlə yetirən şəxs ruhi-əsəb xəstəsidir. O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.