YAP Nizami rayon təşkilatında hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 2021-ci ildəki fəaliyyətə dair hesabat yığıncağı keçirilib. Öncə yığıncaq iştirakçılarının diqqətinə YAP Nizami rayon təşkilatının ötən il ərzində həyata keçirdiyi işlərə dair videoçarx təqdim edilib.

Hesabat videosunda qeyd edilib ki, rayon təşkilatı fəaliyyətini YAP-ın Nizamnaməsi, Proqramı və yerli təşkilatların əsasnaməsi üzrə həyata keçirib, hesabat dövründə YAP Mərkəzi Aparatının təlimatlarına uyğun olaraq müxtəlif istiqamətli siyasi-ideoloji tədbirlər reallaşdırıb, partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, gördüyü işlərin təbliği yönündə sistemli işlər görüb. Eləcə də, rayon təşkilatı şəhid ailələrini, qaziləri, müharibə veteranlarını daim diqqət mərkəzində saxlayıb, onların dəstəklənməsi istiqamətində bir çox tədbirlərə imza atıb. Həmçinin, ərazi partiya təşkilatlarının da fəaliyyətinin yeni şəraitə uyğun qurulması, hesabat yığıncaqlarının keçirilməsi, partiya işinin keyfiyyətinin yüksəldilməsi üçün də müxtəlif addımlar atılıb. Bildirilib ki, ötən il ərzində partiya sıralarına yeni üzvlərin qəbulu prosesi də sürətlənib və 31.12.2021-ci il tarixinə YAP Nizami rayon təşkilatının üzvlərinin sayı 13962 nəfər olub. Bundan başqa ötən il YAP Nizami rayon təşkilatının 4 yeni ərazi partiya təşkilatı da yaradılıb.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov hesabatla əlaqədar suallara cavab verib, 2022-ci il üçün rayon təşkilatının iş planını ƏPT sədrlərinin diqqətinə təqdim edib.

Sonda cari məsələlər müzakirə edilib, ərazi partiya təşkilatlarının 2022-ci il ərzindəki fəaliyyətinə dair təlimat və tapşırıqlar verilib.