Yaponiya XİN başçısı sabah Türkiyəyə gedəcək

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko yanvarın 16-da Türkiyəyə səfər edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlıdır.

K.Yoko səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.