Yasamal Rayon İcra Hakimiyyətində sakinlər qəbul edilib

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup rayon sakinini RİH-in inzibati binasında qəbul edib. Qəbulda Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri də iştirak ediblər.Qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı vurğuladı ki, vətəndaşlarla görüş və onların problemlərinin həlli ən prioritet məsələlərdən biridir. Bu məqsədlə hər həftə sakinlərlə görüş və qəbullar keçirilir. Görüşdə iştirak edən Yasamal rayonu sakinləri fərdi və kollektiv müraciətlər əsasında qəbul edildi. Qəbulda vətəndaşlar mənzil növbəsi, sosial evlər, qanunsuz parkinq, qəzalı evlərin təmiri,Vətən müharibəsinin əlil qazilərinin işlə təmini və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saata yaxın davam edən qəbulda sakinləri dinlədi və vətəndaşların suallarına ətraflı şəkildə cavab verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bir sıra sosial xarakterli problemlərin həllinə dair göstəriş verdi.Digər məsələlər isə nəzarətə götürüldü.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.