Zabuxun və Susun işğalçılardan boşaldılaraq azad edilməsi...

Azərbaycan güclü ordusu, qətiyyətli siyasi iradəsi və yüksək səviyyəli dövlət idarəetməsi sayəsində tarixi zəfər əldə etməyi bacardı. Bu gün Laçın şəhərinin, eləcə də Zabuxun və Susun işğalçılardan boşaldılaraq azad edilməsi Müzəffzər Ali Baş Komandanımızın, Rəşadətli Ordumuzun, Azərbaycanın gücünün və qətiyyətinin göstəricisidi. Bu gün düzgün və məqsədyönlü idarəetmə, milli maraqlarımıza xidmət edən xarici siyasət, strateji uzaqgörənlik və hərbi-siyasi qətiyyət sayəsində ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaradıb və şərtləri özü diktə edir. Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.

Aydın Hüseynov
Milli Məclisin deputatı