Zaqatalada itən turist görün kimin oğludur? - Atası da axtarışlara qoşuldu - FOTO

Zaqatalada itkin düşən hindistanlı turistin axtarışları heç bir nəticə verməyib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov bildirib. Onun sözlərinə grə, bu gündən axtarışlara itən turistin atası da qoşulub.

İtən turistin atası Purna Chandra Rao Kondaveetinin Hindistanda yüksək vəzifədə çalışdığı bildirilir. Bəzi mənbələr isə onun hətta nazir müşaviri olduğunu iddia edir. Oğlunun itkin düşmə xəbərini alan atası bir neçə gündən dərhal Zaqatalaya gəlib.

Məlumata görə, turistin axtarışlarına xeyli sayda yerli sakinlər də qoşulub (lent.az). Ailəsi onu tapan şəxsə böyük məbləğdə mükafat vəd edib.

Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı çıxıb və geri qayıtmayıb.