Sankt -Peterburqda axtarışlar zamanı tapılan 10 milyard rubl "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojinə geri qaytarılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq nəşri Fontanka.ru məlumat yayıb.
Nəşrin məlumatına görə, Priqojinə 10 milyard rubl, yüz minlərlə dollar və beş külçə qızıl qaytarılıb. İş adamı köçürmə prosedurunda iştirak etməyib və ilkin məlumatlara görə, Moskvada olub.
Qeyd edək ki, iyunun 24-də "Vaqner" üsyanı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Trezzini otelinin yaxınlığında "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojinlə əlaqəli 10milyard rubl nağd pul tapmışdılar.