Suriya sərhədindəki partlayışlara görə məsuliyyət daşıyan PKK/YPG terrorçusu "Hebat Gever" kod adlı Süleyman Orxan MİT əməliyyatı ilə zərərsizləşdirilib.
Sabahinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Habet Gever" kod adlı terrorçu Ras əl-Eyndə 6, Tel Abyad-Sulukda isə 9 türk əsgərinin şəhid olduğu hücumlarla bağlı göstəriş verib.
Bildirilir ki, o, Türkiyəyə qarşı yeni hücuma hazırlaşırmış.