17 Saylı Yasamal 3-cü seçki Dairəsindən deputatlığa namizəd, tanınmış ictimai və mədəniyyət xadimi Aydın (Xan) Əhməd oğlu Əbilov. O, onillər boyu toplumun inkişafı üçün ömrünü fəda edib
Qısa, amma uzun bir yolun davamçısı!
İctimai vəkillikdən millət vəkilliyinə ağır bir yola keçid eləyib: onsuz da onillər boyu toplumun inkişafı üçün ömrünü, fəaliyyətini əsirgəməyib.
O, Milli Məclisi aydınlatmağa gəlir: Azərbaycan, Bakı və Yasamal sakinləri yeniliklərə hazırlaşsın!
Aydın Əhməd oğlu Əbilov (Aydın Xan): məhsuldar ömür yolları
Aydın Əhməd oğlu Əbilov (Aydın Xan) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Analitik-İnformasiya Mərkəzinin rəhbəridir.
www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi və direktoru, www.yenimedia.net portalının baş redaktoru, tanınmış ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq, Prezident təqaüdçüsüdür.
O, Azərbaycanda tanınmış televiziya eksperti, ictimai-sosial, analitik tənqidçi olaraq tanınır: 10-dan çox elmi kitabın, yüzlərlə elmi-publisistik məqalənin, minlərlə elektron nəşrin redaktoru, mindən artıq ekspert rəyinin müəllifi, milli və beynəlxalq mükafatlar laureatı, 10-dan çox elmi-sənədli filmin rejissoru, 100-dən çox kulturoloji-elmi layihənin baş əlaqələndiricisi olub.
Bakı Dövlət Universitetinin filologiya fakültəsində və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasında təhsil alıb.
Bir müddət Xəzər Universitetində mühazirələr deyib, xüsusi kurslar keçib.
Fərqli vaxtlarda, müxtəlif yerlərdə xüsusi kurslar və təlimlər keçib, yerli və beynəlxalq konfrans, tədbir, təlim, layihələrin iştirakçısı, təşkilatçısı və aparıcısı olub.
Müxtəlif yerli və beynəlxalq mətbuat orqanlarının təsisçisi və baş redaktoru kimi çalışıb.
Platformasından seçmələr:
Qanunların aliliyi, məmur və varlıların özbaşnalığına son, sosial bərabərlik, intellektual inkişaf, elmi-texniki tərəqqi, elmlə təhsilə xüsusi diqqət və Azərbaycanın hüquqi dövlət kimi inkişafı naminə bu yola çıxırıq!..
Evsiz ailələrə 2 faizli kritik sosial ipoteka ayrılması üçün proqramının hazırlanması və reallaşdırlıması;
Yasamal rayonu və paytaxtın xaotik yüklənməsinin qarşısı alınması ilə bağlı planların hazırlanması;
Yaşlı nəslin qayğılarını öz üzərinə götürəcək sosial xidmətlərin təşkilinə nail olmaq;
Uşaqlar və gənclərin təhsili, qidalanması, istirahəti və karyera imkanlarının artırılması ilə bağlı rəsmi proqramın qəbuluna nail olmaq;
İşsiz gənclərlə bağlı Dövlətin xüsusi proqramının qəbulu və orada paytaxt gəncləri üçün kvotanın ayrılması;
Şəhid ailələrinin üzvləri və qazilər üçün iş yerlərinin kvota ilə müəyyənləşdirilməsi: dövlət və özəl qurumlarda onlar üçün ayrıca iş yerlərin ayrılması;
Qadınların iş saatının azaldılması: işləyən xanımların ailə üzvlərinə və uşaqlarına baxdıqları üçün işə 1 saat gec gəlsin, eləcə də işdən 1 saat tez çıxa bilsin;
Ailə böhran təsisatları, eləcə də gənclər üçün uğur və karyera mərkəzlərinin yaradılması;
Şəhər mərkəzində söküntüsü gedən məhəllələrin sakinlərinin həmin ərazidə mənzillə təmin edilməsinə nail olmaq;
Paytaxtda tikilən hündürmərtəbəli binaların 1-ci mərtəbəsində yerli sakinlərə iş yerlərinin açılması üçün minimal qiymətlərlə qeyri-yaşayış sahələrinin ayrılmasına çalışmaq;
Təhsil, elm, səhiyyə, mədəniyyət və dövlət qulluqçularının əmək haqlarının mövcud qiymətlərə uyğunlaşdırılması;
İcbari Tibbi Sığorta ilə bağlı problemlərin aradan qaldırılması və əhalinin sağlamlığına xüsusi dövlət qayğısının artırılması;
Parlament təsisatınında islahatların aparılması, Milli Məclisin daha çox ictimai-siyasi müzakirələr meydanına, beyin mərkəzi kimi fəaliyyətinə çalışmaq;
Dövlət qurumları və sisteminə parlamentin ictimai-siyasi nəzarətini artırmaq və s…