Onlayn ticarət bazarının nəhəng şirkəti Amazon 18 mindən çox işçisini ixtisar edəcəyini açıqlayıb. Amazon-un baş icraçı direktoru (CEO) Andy Jassy bu yöndə açıqlama verib. Şirkətin 18.000-dən çox işçini ixtisar etməyi planlaşdırdığını ifadə edən Jassy bəzi bölmələrin ixtisarlardan təsirlənəcəyini, işdən çıxarılanlara təzminat və müvəqqəti tibbi sığorta haqlarının ödənilməsi kimi bir sıra dəstəyin olacağını qeyd edib. Xatırladaq ki, 2022-ci ilin noyabr ayında şirkət kütləvi ixtisarlara başlayacağını elan edib. 2022-ci ilin sentyabr ayına olan məlumata görə, Amazon-un milyon yarım işçisi var.
Elnarə Həziyeva
SABAHİNFO.AZ