Daxili İşlər Nazirliyində yeni təyinatlar olub.
Sabahinfo.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Beyləqan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov vəzifəsindən azad edilərək Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov isə Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə, Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.
Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.