2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub.  

Ali Məclisin Sədri deyib ki, “Sənaye ili”ndə muxtar respublikanın aid dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr durur. Sənayenin uğurlu inkişafı da birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür.