Xarkov milisinin qadın əməkdaşı fevralın 23-də kişi kollektivini Vətən müdafiəçisi günü münasibətilə təbrik etdiyinə görə işdən qovulub.
"musavat.com"-un məlumatına görə, əmri Xarkov vilayət Daxili İşlər İdarəsinin rəisi Anatoli Dmitriyev imzalayıb. Bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Facebook-da paylaşıb.
"Xarkov milisinin binasında axmaq Georgiyev lenti ilə təbrik yerlışdirən milis kapitanı işdən qovulub", - müşavir yazıb. Onun sözlərinə görə, sənədləşmə zamanı qadın işdən çıxarılmasının səbəbini soruşub və ona səbəb "qeyri-vətənpərvərlik" kimi izah edilib.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko fevralın 23-ünü qeyd etməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Vətənin müdafiəçisi günü oktyabrın 14-də qeyd edilməlidir.