2023-cü il iyulun 7-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonundakı 28 May qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyin binasında seçicilər ilə görüş keçirib.
Görüşə gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar qəsəbənin ərazisində Ceyhun Orucov kuçəsində (İzlivnoy yaşayış massivində) transformatorun quraşdırılmasına, Şollar və Rufiz Budaqov küçələrinin kəsişməsində qəsəbə sakinlərinin asudə vaxtlarının səmərəli geçirmələri üçün istirahət parkının salınmasına, Qarabağ küçəsindən çıxan və Mərkəzi kanalizasiya xəttinə birləşən boru xəttinin çökməsi nəticəsində Sahil-Sumqayıt magistral avtomobil yolunun kənarlarına axan çirkab sularının qarşısının alınması üçün kanalizasiya xəttinin ( sıradan çıxan təxminən 70 metr hissəsinin) bərpa edilməsinə, Hökməli bələdiyyəsinin ərazisində dəmiryolun üstündə yerləşən yaşayış massivinə ayrica xətlə su verməklə qəsəbəyə verilən suyun təzyiqinin aşağ salınması ilə baş verən qəzaların qarşısının alnmasına, “Azərsu“ ASC-nin (indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) işçiləri tərəfindən su borularının təmiri zamanı bəzi küçələrdə yararsız hala salınmış asfalt örtüyünün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa edilməsinə, Agentlik tərəfindən 2022-2026-cı illər ərzində qəsəbənin müxtəlif məhəllədaxili yollarında asfaltlanmanın başa çatdırılmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsinə və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təkilf və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər. Müraciət edənlər bildiriblər ki, belə görüşlər deputat-seçici münasibətlərinin daha da yaxşılaşmasına xidəmət edir.
Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Əsəd Məmmədov iştirak ediblər.