31 may 2024 cü il tarixində Bakı şəhəri 295 nömrəli tam orta məktəbdə"Yaşıl dünya naminə həmrəylik" ili çərçivəsində"Yaşıl dünyamızı birlikdə qoruyaq gələcəyimizə sahib çıxaq" adlı 1 iyin - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova , Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin rəisi Polis- polkovnik leytenantı Xosrov Şükürov , Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi"nin sədri Arzu Bagırova, ADU nun professoru Şəfəq Abdullayeva və digər qonaqlar iştirak etdilər.Tədbirdə çıxış edən məktəbin direktoru Dilarə xanım Cəbrayılova qonaqları salamladı və uşaqları bayram münasibətilə təbrik etdi.Çıxış edən qonaqlar Azərbaycanda uşaqlarla baglı siyasətin əsasını Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyuldugunu qeyd etdilər.