"Azərbaycandan qadın paltarında qaçan şəxslər..." - Siyavuş Novruzov

“Əfsuslar olsun ki, süni intellektin ortaya çıxardığı qabaqcıl nailiyyətlər daha çox informasiya texnologiyalarına, mədəniyyətə və siyasətə inteqrasiya edir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, vətəndaşların hüquqlarının pozulması, müəllif hüquqlarının pozulması, siyasi həyatının cəmiyyətə başqa cür çatıdırılmasının şahidi oluruq:

"Xüsusilə Azərbaycandan qadın paltarında qaçan və ya aşağılayıcı ad altında sığınacaq alan şəxslər bu gün süni intellektdən Azərbaycan dövlətinə, xalqına, ordusuna qarşı olmazın yalanlarını sərgiləyirlər, süni intellektlə düzəldilmiş şəkilləri paylaşmaqla bu kimi addımlar atırlar. Bu qanun qəbul ediləcəyi təqdirdə xaricdə yaşayan şəxslər belə süni intellektlə hansısa Azərbaycan vətəndaşının hüququnu pozduqda bu və ya digər şəkildə cinayət məsuliyyətinə cəlb olunacaq”, - deyə deputat bildirib.