3 nəfərin öldüyü bina təmir olunur

Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi yaşayış binasında təmir işlərinə başlanılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə sözügedən binanın sakini, jurnalist Heydər Mirzə paylaşım edib.

Qeyd edək ki, Heydər Mirzə hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbəyə çıxaraq yanğından xilas ola bilib.

Xatırladaq ki, noyabrın 21-də baş verən yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı vəfat edib.