Ermənistanın hərbçiləri, Kəlbəcər və Laçın rayonları ilə yanaşı, dövlət sərhədinin Zəngilan rayonu istiqamətində hərbi təxribat törətməyə cəhd ediblər. Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu təxribatlar sonda Ermənistanın ölkə kimi yer üzündən silinməsinə səbəb olacaq:
"Son iki gündə cəbhədə baş verənlərin məsuliyyəti tam olaraq Ermənistanın üzərinə düşür. Sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə baş verənlər bir daha Ermənistanın sülhə hazır olmadığını və təxribatçı tərəf kimi 10 noyabr bəyanatının şərtlərinə əməl etmədiyini göstərir. Təxribatdan sonra Nikol Paşinyanın zəng etdiyi ölkə başçılarına baxsaq, əslində onun kimin əlində maşa rolu oynadığını aydın görərik. Görünür, Ermənistan və havadarları 44 günlük Vətən müharibəsindən, "Qisas" əməliyyatından yetərli dərs çıxarmayıblar. Onlar unutmasın ki, "Dəmir yumuruq" öz yerindədir və bu təxribatlar Ermənistanın ölkə kimi xəritədən silinməsinə xidmət edir".
Deputat vurğulayıb ki, Ermənistanın budəfəki "güc şousu" da biabırçılıqla bitdi:
"Ermənistanın Baş naziri Nikol Paşinyanın verdiyi açıqlamaya görə, 49 erməni hərbçisi öldürülüb, yüzlərlə yaralı var. Son bir ay ərzində Ermənistan bu təxribatları ilə bütün sülh yollarını bağlayıb. 30 ildə problem sülhlə həll olunmadı, görünür, bundan sonra da həll edilməyəcək.
Sentyabrın sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə baş verənlər bir daha sübut edir ki, Ermənistan silahlı dəstələrini Azərbaycan ərazisindən hələ də çıxarmayıb. Digər tərəfdən, separatçı qruplar yarandıqca, Ermənistan ərazisindəki revanşist dəstələr, Azərbaycandan qisas almaq istəyən, o bölgədə apardığımız quruculuq işlərini pozmaq istəyən terrorçu, silahlı dəstələr yenə də iddialarından əl çəkməyəcəklər. Ona görə də ordumuz bütün təxribatlara hazır olmalıdır. Çünki təxribatlar davam edərsə, növbəti "Qisas" əməliyyatı keçirlə bilər".