Aztelekom” İstehsalat Birliyi"ndə 585-Daşınan şəhər telefon xidməti və Qlobal Monitorinq Sisteminin təqdimatı keçirilib. SABAHİNFO.AZ-ın məlumatına görə, mərasimdə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov iştirakı edib. 585-Daşınan şəhər telefon xidməti layihəsi nəticəsində yeniliyə imza atılmış, innovativ texnologiyaların tətbiqi nəticəsində ölkəmizdə sabit telefon şəbəkəsinin tarixində ilk dəfə yeni bir layihə həyata keçirilmişdir. Cənab nazirin diqqətinə çatdırıldı ki, layihənin həyata keçirilməsi nəticəsində vətəndaşlarımıza xüsusilə də, "Aztelekom” İB-nin koorporativ müştərilərinə yeni xidməti göstərmək imkanı yaranacaqdır. Əgər nəzərə alsaq ki, "Aztelekom” İB-nin müştərilərinin siyahısına dövlət qurumlarının nümayəndələri, təhsil və tibb işçiləri, bank sektorunun nümayəndələri, biznes adamları və s. daxildir, əhali sektoruna aid olan müştərilərin demək olar ki, böyük əksəriyyətinin Bakı şəhəri ilə əlaqəsi vardır. O zaman yeni xidmətin zəruriliyinə şübhə qalmır və o müştərilərimizə rahatlıq, operativlik və sevinc gətirəcəkdir.Qlobal Monitorinq Sisteminin köməkliyi ilə isə, şəbəkənin monitorinqini,FO magistral kabel şəbəkəsinin monitorinqini və maşın və mexanizmlərin izlənməsi "Yollar”GPS sistemini daha çevik şəkildə həyata keçirmək mümkün olacaq.
Təqdim olunan layihələrə öz müsbət fikrini bildirən nazir Əli Abbasov layihələrin daha effektli həyata keçməsi üçün dəyərli məsləhətlərini verdi
Təqdim olunan layihələrə öz müsbət fikrini bildirən nazir Əli Abbasov layihələrin daha effektli həyata keçməsi üçün dəyərli məsləhətlərini verdi