"Mahnı Teatrında çalışdım. Rəşid Behbudovun teatrında işə girmək asan deyildi. O, rəhmətə gedəndən sonra teatrdan çıxdım. Ailə qurdum. O, rəhmətə getməsəydi teatrda qalardım. Boşluq hiss etdim".
Sabahinfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Həftənin qonağı" verilişində deyib. Müğənni bildirib ki, keçmiş həyat yoldaşı özündən 20 yaş böyük olub:
"Allahın qisməti. Peşman deyiləm. Ailəm onu istəmirdi. Anam deyirdi ki, qohumlarımız musiqiçi ailəsidir. Atam, qardaşım razı deyildi, anam arxamda dayandı və musiqiyə gəldim. Ticarətci idi, vəzifədə çalışırdı. İndi də qızlarım onun kimidir. Mənə oxşayanı olmadı. Qızımı güclə teatra gətizdirirəm ki, məni izləsin. Mən ona bir könüldən min könülə aşiq oldum. Qızlarım sevgidən doğulub. Sonra o istəyəni mən, mən istəyəni o etmirdi. Şıltaq idim, deyirdi, özünü yığışdır. Yığdım veşlərimi getdim. 2008-ci ildə rəhmətə gedib. Qızlarım tez-tez qəbrini ziyarət edirlər".