-Xaliq müəllim! Hal-hazırda dünyada və regionda gedən proseslər bir dövlət və bir xalq olaraq bizi narahat etməyə bilməz. Türkiyə Rusiya münasibətləri artıq dünyada maraqların toqquşmasının açıq göstəricisidir. Türkiyə -Rusiya münasibətlərinin necə nəticələnəcəyi barədə gözləntilərinizi bilmək istərdik.
-İlk öncə qeyd etmək lazımdır ki, Türkiyə ilə Rusiya arasında münasibətlər yeni mərhələyə girib və bu mərhələ müsbət heç nə vəd etmir. Suriyada Rusiya və Türkiyə maraqlarının, birinin digərinə uyğun olmayan maraqların, daha dəqiq desək, hər iki dövlətin öz maraqlarının olması vəziyyəti hazırkı hala gətirib. Rəsmi olaraq Rusiyanın Türkiyədə və Suriyada olan terror təşkilatlarını dəstəkləməsi Türkiyəni Suriyada hərbi əməliyyatlar aparmağa məcbur etdi. Heç kimə sirr deyil ki, PKK və YPG hər iksi də bir mərkəzdən idarə olunan terror təkilatıdır və bu təşkilatlara Rusiya öz maraqlarına uyğun dəstək verir. Bu münasibətlərdə Rusiya sonu məlum olmayan savaşa sürüklənir və bunu Rusiya siyasətçiləri də etiraf edirlər. Biz Rusiyanın son illərdəki işğalçı siyasətinə nəzər salsaq, görərik ki, Azərbaycan ərazilərinin, Çeçenistan, Gürcüstan, Ukrayna ərazilərinin müxtəlif yollarla işğal etməsi özünü işğalçı dövlət olaraq beynəlxalq aləmdə tanıtdırdı. Bunlardan əlavə Rusiya PKK və YPG-ni dəstəkləməklə özünü dünyada terroru dətəkləyən və maliyyələşdirən dövlət kimi də tanıtdırdı. Fikrimcə, iki dövlət arasındakı münasibətlər çətin bir prosesden kecərək bu vəziyyətə gəlib və bu uzun sürən bir proses olacaq. Rusiya göstərilən terror təşkilatlarını və B.Əsəd rejimini dəstəkləməkdən əl çəksə, bu münasibətlərin sonunu Suriyada hakimiyyətin dəyişərək parçalanması ilə nəticələnəyini demək olar. Ancaq Rusiyanın bunu etməsi gözlənilmir. Belə olacağı təqdirdə Rusiya regionda əvəlki gücdə deyil, tək mübarizə aparmalı olacaq, çünki İran üzərindən qadağaları götürməsi ilə oyundan qismən uzaqlaşdırıldı. Demək olar ki, Rusiya təkləndi və bundan əlavə digər türk dilli dövlətlərlə də münasibətləri pərdə arxası da olsa pisləşdi. Bu pərdə arxası pisləşmə Rusiya-Türkiyə münasibətləri gərginləşdikcə daha da önə çıxacaq. Bütün bu hadisələr Rusiyaya və Türk dövlətlərinə müsbət hec bir şey vəd etmir. Əslində bütün bu hadisələr dünyanı idarə edən güclər tərəfindən Rusiyanın parçalanmasına yönələn və əvvəlcədən hesablanmış bir plandır. Rusiya buna sürüklənir. Fikrimcə Rusiya geniş miqyasda Suriyada müharibə aparmayacaq, cünki buna nə siyasi nə də iqtisadi cəhətdən qadir deyil. Həm də NATO üzvü olan dövlətlə müharibənin başlanması üçüncü dünya savaşının başlamasıdır. Bu səbəbdən Rusiya buna gede bilməz. Qeyd etdiklərimə əsasən Rusiya Suriyada hələ bir müddət eyni vəziyyəti saxlamağa çalışacaq.
- Azərbaycanla-Ermənistan –Dağlıq Qarabağ probleminin həlli istiqamətində Türkiyə və Rusiyanın rolu nədən ibarət ola bilər?
-Əvvəla deyim ki, biz dostumuzu və düşmənimizi tanımalıyıq. Hal-hazırda Ermənistan Rusiyanın vassalıdır və Ermənistanda olan rus qoşunları iki dövlətin birgə maraqlarına xidmət edir. Azərbaycan isə Türkiyə ilə hər baxımdan müttəfiqdir. Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşərsə, bu bizim üçün də ağır nəticələnə bilər. Rusiya regiona nəzarət etmək və Türkiyə ilə münasibətləri qorumaq üçün Ermənistanda hərbi qoşunlarını artıracaq və bu da bizim əlehimizədir. Regionda Türkiyə dövlətini təhdid edən PKK-nı yaradan və dəstəkləyən Rusiya xüsusi xidmət orqanlarıdır. Ermənistanda terror təşkilatlarının Türkiyə və Azərbaycanın əlehinə yaradılması da Rusiyanın əsəridir və konkret hadisədir.
- Beynəlxalq aləmdə Rusiyanın və Türkiyənin hazırkı siyasi və iqtisadı durumunu necə qiymətlədirmək olar?
-Siyasi və iqtisadi cəhətdən Rusiyanın hazırkı durumu bu dövlərin gələcək bütövlüyünü təhlükə altına alacaq qədər geriləməyə doğru gedir. İqtisadi cəhətdən Rusiyanın xərcləri neftin qiymətinin düşməsi ilə azalıb. Türkiyədə isə neft alan dövlət olduğu ücün xərci azalıb. Bir il ərzində Türkiyə iqdisadi cəhətdən xərclərini artırıb, Rusiya isə azaldıb. 2014-cü il və kecən ilə nisbətən 2016-cı ildə Rusiyanın ümumi gəlirləri demək olar ki, yarıdan da çox azalıb. Buna bir necə amil təsir edib. İqtisadi sanksiyalar, dünyada və regionda işğalçı dövlət kimi tanınması, son hadisələrdə açıq olaraq PKK və YPG terror təşkilatlarını dəstəkləməsi Rusiyanı siyasi cəhətdən də çıxılmaz duruma doğru aparır.
- Rusiya-Türkiyə müasibətlərinin gələcəyini necə görürsüz?
-Bununla əlaqədar bir neçə mühüm versiya var. Bir qrup siyasətçilər düşünür ki, hal- hazırda Rusiya siyasi hakimiyyətinin müharibə etməkdən başqa yolu yoxdur. Səbəb çox sadədir; Putin məğlubiyyəti qəbul edəcəyi təqdirdə hakimiyyətdən kənarlaşdırılması zərurətə çevriləcək və dövlət parcalanacaq. Digər bir məsələ də Suriyadan çıxacağı halda şərqi itirəcək bu da məğlubiyyətdir. Üçüncü bir mühüm versiya qalır və Putin Suriyada Əsəd hakimiyyətini dəstəkləməklə vaxt qazanmağa çalışacaq. Türkiyədə və Suriyada PKK və YPG terror təşkilatlarını dəstəkləməklə Türkiyəni zəiflətməyə çalışacaq. Bu dəfə də Türkiyənin siyasi cəhətdən beynəlxalq arenada terrorçuluğa qarşı mübarizədə güc qazanmasına şərait yaradacaq. Mənim fikrimcə, sonuncu etimal daha həqiqətə uyğundur və istənilən halda Rusiya bu savaşdan məğlub tərəf kimi çıxacaq. Bu səbəbdən Rusiyanın öz iddialarından əl çəkib, yenidən Türkiyə ilə yaxınlaşması ən yaxşı variantdır. Rusiya buy olla özünü siyasi-iqtisadi çöküşdən və sosial partlayışdan sığortalaya bilər. Zənnimcə, yaxın gələcəkdə rəsmi Rusiya məhz bu addımı atmaqdan başqa çıxış yolunun olmadığı zərurətini qəbul edəcək.
- Rusiya Türkiyə ilə son münasibətlərində nəzərə almadığı nüanslar varmı və varsa bunlar hansılardır?
-Mən bundan öncəki müsahibələrimdə də qeyd etmişəm ki, Rusiya siyasi hakimiyyəti Rusiya dövləti ərazisində yaşayan 50 milyondan artıq Türk müsəlman xalqını unudur və əsaslı münaqişə və savaş baş verəcəyi halda iç savaşın da olacı labüddür. İkinci ən mühüm məsələ Rusiya NATO üzvü olan dövlətə qarşı çıxmaqla nələrin baş verəcəyini görünür, dəqiq hesablaya bilməyib. Üçüncü məsələ Rusiyanın iqtisadi və siyasi cəhətdən blakadada olmasını unudulur. Başqa bir məsələ bütün regiona qarşı çıxaraq, Əsəd rejimini dəstəkləməsi və Türkiyədə və Suriyada PKK və YPG terror təşkilatlarını dəstəkləməklə çıxılmaz duruma düşür.
Bütün hallarda qənaətim budur ki, Rusiya xarici siyasətinə yenidən baxmazsa, ən geci 2017-ci ildə siyasi və iqtisadi baxımdan çöküşü qaçılmaz olacaq. Üstəlik bu çöküşdən sonra Rusiyanın ərazi bütövlüyünün qorunub saxlanması mümkünsüz olacaq.