Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 4 tondan çox unlu qənnadı məmulatlarını məhv edib.
Bu barədə Sabahinfo.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında ümumi çəkisi 4.19 ton müxtəlif növ unlu qənnadı məmulatı “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.