"4 xüsusilə ağır cinayətin üstü açılıb" - Baş prokuror

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

Sabahinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında deyib.

O qeyd edib ki, bu ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması, habelə, qeyri-aşkar şəraitdə törədilmiş 20 qəsdən adam öldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.