“Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib: “Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.
Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.