Bu günə qədər 90 ölkənin xilasediciləri Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak ediblər.
Bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
Türkiyə rəsmisi bildirib ki, artıq zəlzələ bölgəsində 77 ölkənin xilasediciləri əməliyyatlarını başa çatdıraraq ölkələrinə geri dönüblər.
“Hazırda 13 ölkədən olan xilasedicilər axtarış işlərini davam etdirirlər”, - Mövlud Çavuşoğlu söyləyib.
Türkiyəli diplomat əlavə edib ki, hökumət zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yaxın günlərdə əlavə olaraq 114 mindən çox çadır quracaq.