Xəbər verdiyimiz kimi, Ziyarətdən gələn şəxslər Lənkəran - Lerik yolunun 45-ci km- də ağır yol qəzasına düşüblər.
Sabahinfo.az xəbər verir ki, dəhşətli hadisə Lerik rayonunun Günəşli kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayonunun Boladı kənd sakinləri 18 - 20 nəfər tutumlu mikroavtobusla Lerik rayonuna ziyarətgaha gediblər. Qayıdarkən sürücü idarəetməni itirib və mikroavtobus yol kənarındakı betona, sonra irigövdəli ağaca çırpılaraq aşıb.
Dərhal hadisə yerinə FHN-in xilasediciləri və TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı tibb briqadaları cəlb olunub. Xilasetmə zamanı hadisə yerində 5 nəfərin yerindəcə öldüyü məlum olub. 3 nəfər yaralı Lerik rayonuna, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri daha ağır olan 3 yaralı xəstəxanada dünyasını dəyişib.
Ölən və yaralıların bəzilərinin adları da məlum olub. Beləliklə, mikroavtobusun sürücüsü 63 yaşlı Səyyad Səyyadov, 64 yaşlı Nazilə Kərimova, 63 yaşlı Şərafət Fərəcova, 70 yaşlı Əsbət İbrahimova, 63 yaşlı Gülər Qurbanova, 62 yaşlı Zəhra Səyyadova və 69 yaşlı Lətifə Axundova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dilarə Xəlilova, Sərvər Həşimova, Saray Axundova, Təcrübə Ağayeva, Güldəstə Cəfərova, Səmayə Rzayeva və Zərnitac Tahirova dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Xəzər TV-də: