8 Noyabr – Zəfər Günümüzdür!

8 Noyabr – Azərbaycan tarixinin qürur, zəfər və milli dirçəliş günüdür. Bu gün torpaqlarımızın azadlığı, şəhidlərimizin qanı, xalqımızın iradəsi və Ali Baş Komandanın qətiyyəti ilə yazılmış şanlı tarixdir.

Bu zəfər yalnız bir hərbi qələbə deyil, həm də 30 illik həsrətin, göz yaşının, duaların və inamın bəhrəsidir. Qarabağ artıq azaddır – Azərbaycan əsgərinin, xalqının və dövlətinin birliyinin simvolu olaraq!

8 Noyabr – millətimizin birliyinin, gücümüzün və əyilməz ruhumuzun rəmzidir. Bu gün biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Qarabağ Azərbaycandır!
Zəfərimiz mübarək,  Azərbaycan!

Allahverdiyeva Leyla