"8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

Naxçıvanda "8 Noyabr - Zəfər Günü" ilə bağlı müsabiqə keçirilib. SABAHİNFO.AZ xəbər verir ki,  Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrindən 18 nəfər tələbə iştirak edib. Münsiflər heyətinin qiymətləndirməsi ilə Naxçıvan Musiqi Kollecinin tələbəsi Ağazadə Gülay I yerə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Əhmədov Əhməd ll yerə, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fərzəliyev Nail lll yerə laiq görülüb. Bundan əlavə "Naxçıvan" Universitetinin tələbəsi Ələkbərov Ramil, Tibb Kollecinin tələbəsi Həsənova Zəhra, Müəllimlər İnstitutunun tələbəsi Hüseynli Bəhriyyə müsabiqədə fərqləndiklərinə görə fəxri fərmanla təltif olunublar.

Sonda qaliblərə hədiyyə və diplom təqdim olunub.